Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Muğanbank" nizamnamə kapitalını 15% artıracaq

"Muğanbank" nizamnamə kapitalını 15% artıracaq

Date: 30 November 2016 18:02

Bakı. 30 noyabr. REPORT.AZ/ “Muğanbank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın nizamnamə kapitalının artırılması məsələsi müzakirə olunub və yekdil qərarla nizamnamə kapitalının 10 mln. manat artırılmasına qərar verilib.
"Report"un banka istinadən verdiyi xəbərə görə, əlavə səhm emissiyasının yerləşdirilməsi tam başa çatdıqdan sonra "Muğanbank"ın nizamnamə kapitalı 15,39% artaraq 75 mln. manata çatacaq.
Qeyd edək ki, bir müddət əvvəl “Muğanbank” ASC-nin ümumi məbləği 8 mln. manat təşkil edən, hər birinin nominal dəyəri 200 manat olan 40 000 ədəd adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsindən sonra bankın nizamnamə kapitalı 14% artırılaraq 65 mln. manata çatdırılıb.
Xatırladaq ki, “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda Bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərində nümayəndəliyi xidmət göstərir.


Tags:  Muğanbank nizamnamə kapitalını 15 artıracaq

RƏYLƏR


Top news