"Lufthansa"nın Bakı reysləri təxirə salındı

"Lufthansa"nın Bakı reysləri təxirə salındı
18:05 30 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Lufthansa" aviaşirkətinin əməkdaşlarının tətili nəticəsində bugünkü Bakı reysləri təxirə salınıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Lufthansa"nın Bakı ofisindən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, bu günə iki reys planlaşdırılmışdı: Aşqabad-Bakı və Bakı-Frankfurt.

Dekabrın 2 və 3-nə planlaşdırılan reyslərin isə cədvələ uyğun olaraq həyata keçiriləcəyi bildirilib.

"RİA Novosti" agentliyinin məlumatına görə, tətil səbəbi ilə Lufthansanın noyabrın 29 və 30-na təyin olunan 1700 reysi, o cümlədən 88 qitələrarası reys təxirə salınıb.

Qeyd edək ki, tətil edən pilotlar əmək haqlarının 22 faiz artırılmasını tələb edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/494575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR