Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan şirkəti türk klubuna sponsorluq etmək istəyir

Azərbaycan şirkəti türk klubuna sponsorluq etmək istəyir

Date: 30 November 2016 18:17

Azərbaycan şirkəti "Bursaspor"un ev oyunlarını keçirdiyi stadionun ad sponsoru ola bilər. Fanat.Az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ali Ademoğlu məlumat verib.


"Bursaspor" rəsmisi bildirib ki, Qətər və Azərbaycan şirkətlərindən təklif alıblar: "Oyunlarımızı keçirdiyimiz Bursa Böyükşəhər Bələdiyyə stadionun ad haqqı üçün Qətər və Azərbaycandan təklif almışıq. Hazırda danışıqlar gedir".


Ali Ademoğlu Azərbaycandan təklif aldıqları şirkətin adını açıqlamayıb: "Gələcək həftələrdə Qətərə getmək planımız var. Eyni zamanda Azərbaycandan bir enerji şirkətinin stadionun ad haqqını almaq istəyi gündəmə gəlib. Danışıqlar davam edir. İndi bu şirkətin adını açıqlamaq düzgün olmaz".


Fanat.Az



Tags:  Azərbaycan şirkəti türk klubuna sponsorluq etmək istəyir

RƏYLƏR


Top news