Bakı. 30 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Əli Əsədovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Hidayət oğlu Əsədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün Ə.Əsədovun 60 yaşı tamam olur.