Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Rumıniya prezidentini təbrik edib

İlham Əliyev Rumıniya prezidentini təbrik edib

Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib (22 Mart 2017 21:57)
İlham Əliyev Tunis Prezidentinə məktub ünvanladı (18 Mart 2017 10:53)
Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib (18 Mart 2017 10:42)

Tarix: 30 Noyabr 2016 18:32

Azərbaycan prezidenti İlham Əliyev Rumıniya prezidenti Klaus İohannisə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Rumıniyanı dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, strateji xarakter daşıyan tərəfdaşlığımız, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah diləyirəm".

Milli.Az


Teqlər:  İlham Əliyev Rumıniya prezidentini təbrik edib



RƏYLƏR


Top xəbərlər