Komitədən gömrük postlarında çəkildiyi iddia olunan videolarla bağlı AÇIQLAMA

Komitədən gömrük postlarında çəkildiyi iddia olunan videolarla bağlı AÇIQLAMA
18:42 30 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi (DGK) gömrük postlarında çəkildiyi iddia olunan videolarla bağlı açıqlama yayıb.

Milli.Az xəbər verir ki, DGK-nın mətbuat xidməyindən APA-ya verilən məlumatda bildirilir ki, son günlər bir sıra KİV-də, xüsusilə də sosial şəbəkələrdə gömrük postlarında lentə alınan, dəqiq mənbəyi məlum olmayan və gömrük əməkdaşlarının əsasən də qadınlara "kobud" rəftarını əks etdirdiyi iddia edilən videolar yayımlanır.

"Dövlət Gömrük Komitəsi bildirir ki, bu videolar məqsədli olaraq və əsasən gömrük orqanları, gömrükçülər haqqında mənfi rəy formalaşdırmağa imkan verəcək şəkildə montaj olunaraq ictimaiyyətə çatdırılır.

Bu videolara baxmaq kifayətdir ki, gömrük əməkdaşlarının hansı şəraitdə çalışdıqları, hansı təhqir və şəxsiyyəti alçaldıcı ifadələrə məruz qaldıqları haqqında insanlarda  lazımi fikir formalaşsın. Müasir şəkildə inşa edilən, gömrük prosedurlarının həyata keçirilməsi üçün vacib olan avadanlıqlarla təmin edilən binaya daxil olan bəzi vətəndaşlar malların avadanlıqlar vasitəsi ilə yoxlanılmasına imkan vermir, gömrükçülərin qanuni iradlarını qəbul etmək istəmir, bir sözlə qanuna tabe olmaqdan imtina edir. Nəticədə kadrlardan göründüyü kimi, gömrük-keçid məntəqələrində xoşagəlməz mənzərələrin şahidi oluruq. Üstəlik bu problemlərin yaranmasının səbəbkarları əsasən xırda ticarətlə məşğul olan, gün ərzində dəfələrlə sərhədi qarşı tərəfə keçən bir qrup insandır.

Əksər halda gömrük-keçid məntəqələrində qanunlara tabe olmaqdan imtina edən bu şəxslərin hərəkətləri gömrük postlarında quraşdırılan avadanlıqların, yüz minlərlə manat dəyərindəki xüsusi qurğuların sıradan çıxmasına səbəb olur.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, ölkəmizin gömrük sərhədindən insanların, malların və nəqliyyat vasitələrinin keçidi müvafiq qanunvericiliklə tənzimlənir və gömrük-keçid məntəqəsində xidmət göstərən gömrükçülər və avadanlıqlar Azərbaycan Respublikasının, onun hər təbəqədən olan vətəndaşlarının sərhəddən təhlükəsiz və rahat keçidini təmin etmək üçün nəzərdə tutulub", - deyə məlumatda qeyd olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/494583.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR