Azərbaycanda yeni şəxsiyyət vəsiqəsində hər bir vətəndaş elektron imza ilə təmin olunacaq

Azərbaycanda yeni şəxsiyyət vəsiqəsində hər bir vətəndaş elektron imza ilə təmin olunacaq
18:47 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsində hər bir vətəndaş elektron imza ilə təmin ediləcək. 
"Report" xəbər verir ki, bununla bağlı "Elektron hökümət" portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin (Açıq Açar İnfrastrukturunun) operatoru olan Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və "Microsoft"un Azərbaycan nümyəndəliyinin rəhbəri Sərxan Həşimov arasında "Bakutel-2016" sərgisi çərçivəsində müqavilə imzalanıb.
Sənəd "Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün Açıq Açar infrastrukturunun (PKİ) qurulması" layihəsi çərçivəsində xidmətlərin alınmasını özündə ehtiva edir. 



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/yeni-sexsiyyet-vesiqesinde-her-bir-vetendas-elektron-imza-ile-temin-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR