“Qəbələ”nin vitse-prezidenti: "Bizə qarşı sistemli iş gedir"

“Qəbələ”nin vitse-prezidenti: "Bizə qarşı sistemli iş gedir"
19:03 30 Noyabr 2016
103 İdman
Ölkə mətbuatı
A- A+

Qəbələnin Həmzəlli kəndi (25 May 2017 18:30)
Cənubi Sudanın vitse-prezidentinə qarşı sui-qəsd olub (10 May 2017 04:02)

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi qol.az-a müsahibəsini təqdim edir:

- Topaz Premyer Liqasının XIII turu başa çatdı və komandanız mövsümdə ilk dəfə liderliyi əldən verdi. Bu, həm də, çempionatdakı ilk məğlubiyyətinizlə müşayiət olundu...

- Hər şeydən əvvəl onu deyim ki, mən komandamı məğlub hesab etmirəm. Futbolçuların hər biri layiqli oyun sərgilədi, məşqçinin verdiyi bütün tapşırıqları tam yerinə yetirdilər. Təəssüf edirəm. Bu klubu qurmağımızın 10 ili yenicə tamam olub. Qısa zaman kəsiyində ölkə futboluna çox yeniliklər gətirmişik. Bunlardan hər biriniz xəbərdarsınız. Amma, məncə, gətirdiyimiz ən vacib yenilik pərdəarxası oyunlara qol qoymamağımızdı. Biz həmişə oyunumuzu meydançada, 90 dəqiqə ərzində oynamışıq. Belə vacib oyunda bu qədər səhvə yol vermək olmaz. Bu səhvlərə görə cavabdeh olan şəxslər ictimaiyyət qarşısına çıxıb üzr istəməli, üzərlərinə düşən işi yerinə yetirə bilmədiklərini etiraf etməlidirlər. Öz xoşları ilə etmirlərsə, rəhbərləri ölçü götürməlidi.

- Belə başa düşürük ki, məğlubiyyətinin məsuliyyətini tamamilə hakimlərin üzərinə atırsınız.

- Mən, həqiqətən də, özümüzdə də səhvlər axtarmağa çalışıram, lakin bu oyunun taleyini hakimlərin bərbad idarəçiliyinin həll etdiyini düşünürəm. Biz rəqibin oyun tərzini bilirik və taktikamızı məhz bu tərzə görə müəyyənləşdirmişdik. Gördüyünüz kimi, hakimlərin qəti müdaxiləsinə qədər taktikamız özünü doğruldurdu.

Qapımıza penalti təyin olunana kimi dəfələrlə bizə qarşı qayda pozuntuları qeydə alınmışdı, amma bu hallar belə bizim mübarizliyimizə xələl gətirmir, sanki futbolçular həm də hakimlərə qarşı oynamaqdan bir az da həvəslənirdilər. Hətta haqsız penaltinin, təəssüf ki, qola çevrilməsindən sonra belə, komanda öz oyununu itirməmişdi. Məhz oyunun bitməsinə 1 dəqiqədən də az qalan vaxtda rəqibin 20 nömrəli futbolçusunun (Riçard Almeyda – red.) inamsız ötürmə verməsi, Ozobiçin topu yaxalayaraq hücuma atılması bu dediyimi sübut edir. Belə epizodlarda psixoloji durum önəmli rol oynayır. Özüm də idmançı olmuşam, çox vacib görüşlərə çıxmışam. İdmançının hakimin antipatiyasını hiss etməsi, doğrudan da, həmin an üçün həlledici olur. Diqqət etsəniz, Almeydanın qırmızı vərəqə aldığı vaxtda oyunun bitməsinə 20 saniyə qalır. Bizim cərimə zərbəsini yerinə yetirdiyimiz andan qolun vurulmasına qədər olan müddət isə 1 dəqiqə 20 saniyədi. Yəni, hakim oyunu 1 dəqiqə artıq oynadır. Gözləri hakimin fitində olan futbolçularımız həmin taleyüklü 1 dəqiqənin içində oyunun bir neçə dəfə başa çatacağını gözlədikləri üçün diqqətləri yayınır və beləcə, rəqibin növbəti qolu vurmasına şərait yaranır. Komandamız əslində, baş hakimə qarşı da ciddi müqavimət göstərdi, amma hakim hər hərəkəti ilə göstərdi ki, rəqibin qələbəsi üçün hər şey edəcək, etdi də. İşini başa vuran kimi oyunu da bitirdi.

- Dediyiniz məqamlarla yanaşı, hakim qırmızı vərəqə almış Riçard Almeydanın meydançanı tam tərk etməsini gözləməli, həmçinin, hesab 2:1 olarkən “Qəbələ”nin mərkəzdən oyunu başlamasından sonra final fitini verməli idi. Bu məqamlar oyun qaydalarının pozulmasıdı və matçın yenidən keçirilməsi tələb etməyinizə səbəb ola bilər.

- Əvvəla onu deyim ki, buraxdığı səhvlərin fərqində olduğuna görə baş hakimin özünüidarəni itirdiyi kənardan asanlıqla sezilirdi. Lakin FIFA referisi bu qədər kobud səhvlərə, xüsusilə, belə oyunlarda yol verməməlidi. Dünən oyundan sonra ümid edirdim və gözləyirdim ki, PFL və Hakimlər Komitəsi tərəfindən günahkar hakimlərin hər biri həm layiqli cəzalarını alacaqlar, həm də ali futbol qurumu bu qərəzin nədən doğduğunu aydınlaşdırmağa çalışacaq. Amma bu gün həm PFL rəhbəri Ramin Musayev, həm də Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla görüşdə hakimi müdafiə etmələri dünənki idarəçiliyin təsadüf olmadığına məndə əminlik yaratdı. Bütün ölkənin, mütəxəssislərin yekdilliklə “penalti deyil” fikrini qəbul etməyib, o hakimi müdafiə edirlərsə, deməli, sistemli iş gedir, “Qəbələ”nin uğuru əngəllənir. Bu, səhv yox, həmin şəxslərin klubumuza qarşı olan qərəzidi. Oyun qaydalarının pozulmasını isə protokola qeyd etmişik. Təkrar keçirilmə ehtimalını yüksək dəyərləndirmirəm. Mən gördüyümü gördüm. İndidən sonra heç kim mənə “Qəbələ”yə qarşı antipatiya olmadığını deyə bilməz.

- Turun digər oyununda “İnter”in 1 futbolçusuna qırmızı, 3 futbolçusuna sarı vərəqə verildi. “İnter” növbəti turda “Qarabağ”la qarşılaşır həmin sarı vərəqə alan oyunçuların hər biri limiti doldurdular. Beləliklə, “İnter” “Qarabağ” önünə 4 vacib oyunçusu olmadan çıxacaq. Deyilənə görə, hakimlər “Qarabağ”ın yolunu təmizləmək üçün tez-tez bu üsula əl atırlar. Siz necə fikirləşirsiniz?

- Dediklərinizə inanmıram. İnanmaq istəmirəm. Ümid edirəm ki, Azərbaycan futbolunda belə iyrəncliklər yoxdur. Biz heç vaxt belə işlər görməmişik və kiminsə gördüyü haqqında da heç bir sübutumuz yoxdu.

- Baş məşqçiniz mətbuat konfransında hal-hazırda evində olmaq istədiyini bildirdi. Bu, onun komandadan ayrılmaq istəyinə dəlalət etmir ki? Bu haqda söhbətiniz olub?

- Əlbəttə, məşqçi və komanda ilə görüşümüz oldu. Hər birinə mübarizənin başa çatmadığını, hələ qarşıda 15 oyun qaldığını bildirdim. Roman isə həmin anda olan hislərini ifadə edib. O, mübariz insandır, belə anlarda yandaşlarını yarı yolda buraxmaz. Bütün bu dediklərimlə yanaşı, həm məşqçilər, həm də futbolçuları necə motivasiya edəcəyimi bilmirəm. Haqları yeyildiyini hər biri gördü. Hakimlərə, rəqib futbolçulara veriləcək cəzalar belə onları sakitləşdirməyəcək.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gülçülük sovxozunda top mərmisi tapıldı - FOTO

26 İyun 2017 16:44

İnternetdə məşhurlaşmaq üçün elə bir yola əl atdılar ki... - FOTO

26 İyun 2017 16:43

49 yaşlı xalq artisti makiyajsız ŞƏKLİNİ paylaşdı

26 İyun 2017 16:38

Türkiyəli deputat Ramazan bayramı günü AŞPA-nın iclasının keçirilməsinə etiraz edib

26 İyun 2017 16:37

"Barselona"nın B komandası çempion oldu

26 İyun 2017 16:37

Bakıya uçan təyyarələrdə sərnişinlərə erməni yeməyi verirlər - VİDEO - FOTO

26 İyun 2017 16:32

Bakıda kafedə yanğın olub

26 İyun 2017 16:32

"Sevgi insanı yerdən-yerə vurur" - Tünzalə - VİDEO

26 İyun 2017 16:22

Kobraların inanılmaz rəqsi - VİDEO

26 İyun 2017 16:18

Bakıda top mərmisi tapılıb

26 İyun 2017 16:15

Məşhur müğənniyə ərindən QEYRİ-ADİ JEST - FOTO/VİDEO

26 İyun 2017 16:08

Tarkan və xanımı Bakı aeroportubda - "Uşaq istəyirik, amma..." - FOTO

26 İyun 2017 16:05

Cəlilabadda maşıb aşıb: sürücü ölüb

26 İyun 2017 16:04

Rusiya və ABŞ prezidentləri Almaniyada görüşə bilər

26 İyun 2017 16:02

Xaçmazda ikimərtəbəli ev yanıb

26 İyun 2017 16:01

Feysbuk serial çəkir

26 İyun 2017 15:58

İran Azərbaycanda özəl tibbi mərkəzi yaradır

26 İyun 2017 15:57

Polis gənc qızın başını divara çırpdı, qanı...

26 İyun 2017 15:56

Emma dəyişib belə oldu - FOTO

26 İyun 2017 15:54

Bakıda kafe yandı

26 İyun 2017 15:49

Gürcüstanın məşhur teleaparıcısı Tbilisi meri vəzifəsinə namizəd olub

26 İyun 2017 15:47

Ayanın yeni evindən FOTOlar

26 İyun 2017 15:47

Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

26 İyun 2017 15:44

Həyat yoldaşını yataqda başqası ilə tutdu və...

26 İyun 2017 15:43

“www.esgeremektub.com” məktubları Beyləqanda əsgərlərə çatdırılıb

26 İyun 2017 15:39

Fatimə əməliyyatla 7 kilo arıqladı - FOTOLAR

26 İyun 2017 15:34

İŞİD Trampa HÜCUM ETDİ

26 İyun 2017 15:33

Əsgərin oğlu ilə görüşü bütün ölkəni ağlatdı

26 İyun 2017 15:31

Xristian ölkələrində inanılmaz RAMAZAN COŞQUSU - FOTOLAR

26 İyun 2017 15:23

İran dünyanın ən böyük qaz ehtiyatlarına sahib olduğu açıqlanıb

26 İyun 2017 15:22

Tünzalə və Səbinə dünya ulduzunun konsertində - FOTO

26 İyun 2017 15:17

İsrail elektrik təyyarələrinin istehsalına başlayır

26 İyun 2017 15:15

Polisin qıza qarşı bu hərəkəti HAMINI ŞOKA SALDI - DƏHŞƏTLİ FOTO/VİDEO

26 İyun 2017 15:13

​Pulu düzgün xərcləməyi

26 İyun 2017 15:10

"Şəbnəm" Qızlar İslam Kollecindən

26 İyun 2017 15:07

Türkiyədə əsgərləri daşıyan maşın aşdı: ölən və yaralananlar var

26 İyun 2017 15:05

“www.esgeremektub.com” məktubları әsgәrlәrә çatdırdı

26 İyun 2017 15:04

DƏHŞƏT: 60 yaşlı kişi 9 yaşlı uşağı ZORLADI

26 İyun 2017 14:58

Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

26 İyun 2017 14:58

Hərbi qulluqçuların Şəkiyə gəzintisi təşkil edilib

26 İyun 2017 14:57

"Sonata" ilə "07" toqquşdu: 17 yaşlı sürücü öldü

26 İyun 2017 14:52

Ağdaşda 17 yaşlı sürücü DƏHŞƏTLİ QƏZA TÖRƏTDİ: 4 nəfər...

26 İyun 2017 14:48

Rusiya bu ölkəyə 10 qırıcı göndərir

26 İyun 2017 14:47

Tovuzda qatar adam vurub

26 İyun 2017 14:44

Pərvin Abıyevanın bu VİDEOSU hər kəsi güldürdü

26 İyun 2017 14:38

"Zirə" - "Differdanj" oyunu canlı yayımda

26 İyun 2017 14:37

"İbrahim Şehiç Türkiyə klubuna getmədi"

26 İyun 2017 14:37

"Məktəbdə nəvələrimi lağa qoyub, analarının əxlaqsız..." - Dəhşətli namus cinayəti...

26 İyun 2017 14:27

"Ginnesin rekordlar kitabı"na düşən azərbaycanlı: "Riski çoxdur"

26 İyun 2017 14:24

Yunanıstanda istilər son 10 ilin rekordunu yeniləyib

26 İyun 2017 14:22