Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

DGK gömrükdə tutulan brilinatlarla bağlı məlumat yaydı

DGK gömrükdə tutulan brilinatlarla bağlı məlumat yaydı

Date: 30 November 2016 19:14

 

 

Son günlər bir sıra kütləvi informasiya vasitələrində Gürcüstan Respublikasının gömrük orqanları tərəfindən Azərbaycandan Gürcüstan Respublikasına brilliant keçirən şəxslərin saxlanılması barədə məlumat yayılıb.

 

 

 

 

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, həmin şəxslər Azərbaycan Respublikası vətəndaşları Niyazi Məmmədov, Elxan Hüseynov və Gürcüstan Respublikası vətəndaşı Namiq Bayramovdur.  Azərbaycanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda aparılan yoxlama zamanı Niyazi Məmədovun pul qabından 81, Namiq Bayramovun paltarına tikilmiş yarliqdan isə 476 ədəd qiymətli daşlar aşkar edilib. Aparılan ekspertiza nəticəsində o da məlum olub ki, cəmi 21 karat təşkil edən qiymətli daşların birinin təqribi çəkisi 0,007 qramdır, ümumi dəyəri  43486 lari və ya 17000 ABŞ dollarına bərabərdir.

 

Qeyd olunan malın çəkisinə və ümumi dəyərinə nəzər yetirdikdə  aşkar edilən faktın bəzi kütləvi informasiya vasitələrində iddia olunduğu qədər  ciddi qaçaqmalçılıq faktı kimi təqdim olunması və bu iddiaların fonunda dövlət qurumlarının fəaliyyətinin şübhə altına alınması qəbuledilməzdir. Dövlət Gömrük Komitəsi belə bir hadisənin baş verməsinə haqq qazandırmır. Lakin bəzi kütləvi informasiya vasitələrinin bu fakta əsaslanaraq gömrük orqanlarının fəaliyyətinə kölgə salmaq cəhdinə təəssüflənir.

 

Belə ki, ilk baxışda aşkar edilən qiymətli daşlar kəmiyyət baxımından çox görünsə də, onun çəkisi və ümumi dəyəri ölkəmizin gömrük orqanlarının indiyə qədər üzə çıxardığı anoloji faktlarla müqayisə oluna bilməz. Azərbaycan gömrük orqanları daim qaçaqmalçılığa qarşı ciddi, qətiyyətli mübarizə aparır və ökəmizin gömrük orqanları tərəfindən qızıl, qiymətli daşların qaçaqmalçılığı ilə bağlı onlarla belə fakt aşkar edilib ki, həmin faktlar üzrə qaçaqmalçılıq predmetlərinin gömrük dəyəri bəhs olunan faktla müqayisədə dəfələrlə çoxdur.

 

    Xatırladaq ki, qeyd olunan faktla bağlı Dövlət Gömrük Komitəsi tərəfindən araşdırmalar davam etdirilir.


Tags:  DGK gömrükdə tutulan brilinatlarla bağlı məlumat yaydı


RƏYLƏR


Top news