Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İslam sülh dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib

“İslam sülh dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Date: 30 November 2016 19:27

Bakı 30 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qobustan şəhəri “Heydər” məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslam sülh dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Komitənin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, dini icmanın sədri Çingiz Babaşov və gənclər iştirak ediblər.
Çıxışlar zamanı milli-mənəvi dəyərlər, İslamın sülh, qardaşlıq və sevgi dini olması haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycanda müxtəlif xalqların, eləcə də müxtəlif dinlərin nümayəndələri tarixən qardaşlıq və sülh şəraitində yaşayıblar.


Tags:  İslam sülh dinidir mövzusunda maarifləndirici tədbir keçirilib

RƏYLƏR


Top news