“Maarifçi” Tələbə Kredit Fondu daha bir universitetlə müqavilə imzalayıb

“Maarifçi” Tələbə Kredit Fondu daha bir universitetlə müqavilə imzalayıb
19:37 30 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ “Maarifçi” Tələbə Kredit Fondu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. 
Bu barədə “Report”a Təhsil Nazirliyindən məlumat verilib.
Müqaviləyə əsasən, Azərbaycan Dövlət Aqrar Universitetinin aztəminatlı ailələrdən olan tələbələri fondun təqdim etdiyi təhsil kreditlərindən yararlanacaqlar.
“Maarifçi” Tələbə Kredit Fondu hazırda 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.
Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan “Maarifçi” Tələbə Kredit Fondu Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub.
Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/maarifci-telebe-kredit-fondu-daha-bir-universitetle-muqavile-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR