Bədavidən etiraf: "Penalti yox idi"

Bədavidən etiraf: "Penalti yox idi"
19:42 30 Noyabr 2016
109 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" - "Qəbələ" oyununun baş hakimi Rəhim Həsənovun qərarlarına meydan sahiblərinin müdafiəçisi Bədavi Hüseynov da münasibət bildirib.

Milli.Az xəbər verir ki, millimizin üzvü azerisport.az saytına açıqlamasında bunları deyib:

""Qəbələ"nin yerində olsaydıq, biz də narazı qalardıq. Uduzmağı heç kim istəmir. Amma Rəhim bütövlükdə normal oyun idarə etdi. Təbii ki, yalnız mübahisəli penalti qərarını çıxmaq şərti ilə. Oyunun gedişində topun Vernidubun əlinə dəydiyini düşünürdüm. Amma sonradan oyunun videotəkrarına baxanda gördüm ki, hakim penalti təyin etməklə səhvə yol verib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/494588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR