Bu investorlar rüsumlardan azad edildilər

Bu investorlar rüsumlardan azad edildilər
19:47 30 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qanuna aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilir:

"3.3. İnvestisiya layihələrini "Tik - idarə et - təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/494594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR