Gömrükdə “Yaşıl dəhliz”lə əlaqədar xüsusi ayrılmış hərəkət zolaqları yaradılacaq

Gömrükdə “Yaşıl dəhliz”lə əlaqədar xüsusi ayrılmış hərəkət zolaqları yaradılacaq
19:48 30 Noyabr 2016
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, Gömrük Məcəlləsinə aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilir:

“Maddə 13-1. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi

13-1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.

13-1.2. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

Həmçinin aşağıdakı məzmunda 93.4-cü maddə əlavə edilir:

“93.4. Gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir.”.

Bundan başqa, aşağıdakı məzmunda 101.5-ci maddə əlavə edilir:

“101.5. “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/178024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR