Moskva və İrəvan Bakının əleyhinə olan razılaşmaya imza
atdı. Bununla da, Ermənistan ordusu rəsmən Rusiya ordusuna
birləşdirildi. Krım yarımadasında Rusiya və Ukrayna arasında hərbi
qarşıdurma baş verə bilər. Kreml Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğanın Suriya lideri Bəşər Əsədlə bağlı bəyanatına görə izahat
istədi. Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə vəziyyətin
nizama salınmasının yolunu göstərib.
Bu gün Moskvada Rusiya və Ermənistan arasında iki
ölkənin vahid qoşun birləşməsinin yaradılması ilə bağlı razılaşma
imzalanıb. Razılaşmanı Rusiya tərəfdən müdafiə naziri
Sergey Şoyqu, Ermənistan tərəfdən isə müdafiə naziri Viqen
Sarkisyan imzalayıb.
Vahid ordu birləşməsinə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası
və Ermənistan ordusunun 4-cü korpusu daxil olacaq. Vahid ordu sülh
şəraitində Ermənistanın hərbi rəhbərliyinə, müharibə vaxtı isə
Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi dairəsinə tabe olacaq.
Ekspertlərə görə, Rusiya bununla Ermənistan ordusu üzərində
nəzarəti gücləndirəcək. Bəzi mütəxəssislər isə bu razılaşmanın
Azərbaycan əleyhinə olduğunu vurğulayırlar.
YENİ SSENARİ: Ermənistan Rusiyaya birləşdirilir,
Qarabağ...
ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri yazıb ki,
Ermənistan vahid ordunun yaradılması ilə hərfən Rusiyaya birləşir.
“Bu razılaşmaya əsasən Rusiya Ermənistanda istədiyi
etmək imkanı qazanır. Əslində bu Ermənistanın hərfən Rusiyaya
birləşməsi deməkdir”, - nəşr qeyd edib.
“Foreign Policy” vurğulayır ki, bu proseslər fonunda Dağlıq Qarabağ
münaqişəsi ətrafında hadisələrin necə cərəyan edəcəyi də
maraqlıdır.
YENİ SSENARİ: Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...
Ermənistan Rusiyaya birləşdirilir, Qarabağ...
Suriyada İŞİD məhv edildikdən sonra Rusiya bu ölkədə
“sülh yaratmaq missiyası”nı həyata keçirməyi planlaşdırır. Bu
missiyasının tərkibində Azərbaycan da ola bilər. Bu
barədə “Nezavisimaya qazeta” nəşri hərbi mənbələrə istinadən
məlumat yayıb.
Mənbənin məlumatına görə, sülh missiyasında İran, Misir, Çin,
Serbiya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Ermənistan
qoşunları təmsil oluna bilər.
“Bu məsələ bu gün Moskvada keçirilən MDB ölkələrinin müdafiə
nazirlərinin iclasında müzakirə oluna bilər. Artıq Rusiya Müdafiə
Nazirliyi Azərbaycana İŞİD məhv edildikdən sonra Suriyada
ərazilərin minada təmizlənməsi işində iştirak etməyi təklif edib.
Lakin Bakı hələ ki susur”, - deyə mənbə vurğulayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya
lideri Bəşər Əsədlə bağlı son bəyanatı Moskva tərəfindən etirazla
qarşılanıb. Kreml Ərdoğandan izahat tələb edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə
bildirib ki, Bəşər Əsədin devrilməsi ilə bağlı Türkiyə
prezidentinin bəyanatı Moskvanın mövqeyi ilə uyğun gəlmir. “Bu, çox
ciddi bəyanatdır. Kremldə ümid edirlər ki, Ankara bu barədə izahat
verəcək”, - Dmitri Peskov deyib.
Kreml Ərdoğandan izahat tələb etdi
Kremldə ümid edirlər ki, Ankara bu barədə izahat verəcək.
Rusiyanın Liberal-Demokratik Partiyasının lideri
Vladimir Jirinovski isə hesab edir ki, Türkiyə prezidentinin Əsədlə
bağlı bəyanatı Türkiyənin tarixi baxışı ilə bağlı ola
bilər.
“Türkiyənin Suriya ilə münasibətləri bizim Krımla
münasibətlərimiz ilə eynidir. Onlar Osmanlı imperiyasının bir
hissəsi olaraq Şimali İraq kimi Şimali Suriyanın hansısa hissəsini
özünə qaytarmaq istəyir”, - siyasətçi deyib.
O, əlavə edib ki, Rusiya hakimiyyəti Türkiyəni dəstəkləməyəcək:
“Çünki Əsəd qanuni seçilmiş prezidentdir və Rusiyanın
müttəfiqidir”.
Jirinovskidən ŞOK İDDİA: “Türkiyə bu əraziləri...”
O, əlavə edib ki, Rusiya hakimiyyəti Türkiyəni dəstəkləməyəcək.
Suriya lideri isə Ərdoğanın cavabını “erməni
soyqırımı”nı tanımaqla verə bilər.
Suriya parlamentində qondarma “erməni soyqırımı”nın
tanınması məsələsi müzakirə edilir. Ermənistan
parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşdə Suriya
parlamentinin deputatları Ömər əl-Ərəbi və Alan Bakeri bildirib ki,
Suriya parlamentinin müvafiq komissiyalarında “erməni soyqırımı”nın
tanınması məsələsinin müzakirələri aparılır.
Rusiya prezidenti Vladimir Putin Yaxın Şərqdə
vəziyyətin nizama salınmasının yolunu göstərib. Onun sözlərinə
görə, bu yalnız bütün ölkələrin effektiv qarşılıqlı münasibətləri
ilə mümkündür.
Putin xatırladıb ki, Yaxın Şərqdə inqilabların dağıdıcı
nəticələri haqqında hələ Rusiyanın keçmiş baş naziri, sabiq xarici
işlər naziri Yevgeni Primakov xəbərdarlıq edirdi.
Putin: “Primakov “Ərəb baharı” haqqında xəbərdarlıq etmişdi”
Yaxın Şərq qanlı münaqişələr nəticəsində terrorizm və dini ekstremizmin mərkəzinə çevrildi.
İsrail təyyarələri Suriyanın paytaxtı Dəməşq
yaxınlığında yerləşən Əl-Sabura bölgəsinə raket zərbələri
endirib. Suriyanın rəsmi mənbələrindən verilən məlumata
görə, İsrailin döyüş təyyarələri atəş açdığı anda Livan hava
məkanında olublar.
İsraildən Türkiyə çağırışı: “Ərdoğana qarşı Putinin
etdiklərini həyata keçirin!”
Türkiyə və Avropa İttifaqı arasında münasibətlərin
pisləşdiyi bir vaxtda İsrailin “Haaretz” qəzeti maraqlı bir iddia
irəli sürüb.Nəşrin adlarını açıqlamaq istəməyən avropalı
diplomatlara istinadən yazdığına görə, İsrailin müdafiə naziri
Aviqdor Libermanın Avropa İttifaqını Türkiyəyə qarşı daha sərt
siyasət aparmağa çağırıb.
“Niyə səssiz qalırsınız? Ərdoğana təzyiq etmək üçün bir çox
üsula sahibsiniz. Türkiyəyə qarşı daha sərt siyasət həyata
keçirməliyik. Ərdoğanla münasibətləri qurmaq üçün Putinin Rusiya
təyyarəsinin vurulmasından sonra etdiklərindən öyrənməlisiniz”, -
Liberman avropalı müdafiə və xarici işlər nazirlərinə deyib.
Kəşfiyyatdan İran və Rusiya XƏBƏRDARLIĞI: “Bu, fəlakətə
yol açacaq!”
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya
barədə verdiyi vədləri ilə ehtiyatlı olmalıdır. Bu
xəbərdarlıqla ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con
Brennan çıxış edib.
“Düşünürəm ki, prezident Tramp və yeni administrasiyası Rusiya
barədə vədləri ilə ehtiyatlı olmalıdır”, - deyə o, bildirib.
Brennan həmçinin İranla bağlanan nüvə razılaşması mövzusunda
Trampa xəbərdarlıq edib. Onun sözlərinə görə, yeni
administrasiyasının nüvə razılaşmasını ləğv etməsi fəlakətə yol aça
bilər.
Kəşfiyyatdan İran və Rusiya XƏBƏRDARLIĞI: “Bu, fəlakətə yol açacaq!”
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya barədə verdiyi vədləri ilə ehtiyatlı olmalıdır.
Kiçik Kərimovdan ŞOK İDDİALAR: “Onun oxşarını tapıblar
və...” – VİDEO
Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı
Gülnarə Kərimovanın taleyi zaman-zaman medianın gündəminə
gəlir.Bu dəfə isəGülnarə Kərimovadan onun oğlu
İslam Kərimov BBC-yə videomüsahibəsində danışıb.
“Anam sağdır, amma Özbəkistanda hamıya onun oxşarını
göstərirlər”, - o deyib.
İslam Kərimovun sözlərinə görə, Gülnarə Kərimova Daşkənddə evdə
həbs altındadır. Onu Özbəkistan Milli Təhlükəsizlik Xidməti
nəzarətdə saxlayır. Ancaq İslam iddia edir ki, Özbəkistan
hakimiyyəti onun oxşarını tapıb və şəhər üzrə avtomobillə
gəzdirirlər. O, qeyd edir ki, bu, Gülnarənin azadlıqda olduğu
görüntüsü yaratmaq məqsədilə edilir.
Kiçik Kərimovdan ŞOK İDDİALAR: “Onun oxşarını tapıblar və...” - VİDEO
Anam sağdır, amma Özbəkistanda hamıya onun oxşarını göstərirlər.
Rusiya tərəfindən ilhaq edilən Krım yarımadası
ətrafında vəziyyət gərginləşib. Krımda Rusiyanın Hava Hücumundan
Müdafiə qoşunları gücləndirilmiş iş rejiminə
keçirilib.
Regionun güc strukturlarındakı mənbənin sözlərinə görə, hava
qüvvələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi haqqında qərar
Kiyevin bəyanatlarına cavabdır. Bundan öncə rəsmi Kiyev 1-2 dekabr
tarixlərində Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına
yaxın ərazilərdə raket atışları həyata keçirəcəyini açıqlayıb.
Hava Hücumundan Müdafiə qoşunları hazır vəziyyətə gətirildi: MÜHARİBƏ BAŞLAYIR?
Hava Hücumundan Müdafiə qoşunları hazırlıq vəziyyətinə gətirildi: MÜHARİBƏ BAŞLAYIR?
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/178017.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)