Viyanada bir araya gələn OPEC ölkələrinin nazirləri neft istehsalının azaldılması ilə bağlı razılaşma əldə edəcəklərinə dair optimistdirlər.
Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, İranın neft naziri Bijan Namdar OPEC-in neft hasilatını azaltması mövzusunda optimist olduğunu bəyan edib. Nazir onu da deyib ki, İran istehsal səviyyəsini dondurmayacaq:
“Lakin başqa məsələdə razılığa gəlinib”.
Nəzərə çatdıraq ki, nazir bu haqda detallı məlumat verməyib. Analitiklər OPEC ölkələrinin ortaq məxrəcə gəlmə ehtimalının 50 faiz olduğunu deyib.
İqtisadiyyat şöbəsi