Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Özil və Di Maria "Real Madrid"ə qayıdır?

Özil və Di Maria "Real Madrid"ə qayıdır?

Date: 30 November 2016 20:47

Mesut Özil Anhel Di Maria yenidən "Real"a qayıtmaq istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə məlumat yayan "Marca" hər iki futbolçunun danışıqlara hazır olduğunu qeyd edir.

2014-cü ildə "Real"ı tərk edəndən sonra Di Marianın karyerasında eniş müşahidə olunur. Argentinalı yarımmüdafiəçi hazırda çıxış etdiyi PSJ-nin oyun sxeminə alışa bilmir. Özilin "Arsenal"la müqaviləsi 2018-ci ildə başa çatacaq. Almaniyalı havbek "topçular"la yeni müqavilə imzalamaq istəmir. Bu isə onun İspaniya Primerasına qayıtmaq ehtimalını artırır. "Real Madrid"in prezidenti Florentino Perez vəziyyəti diqqətdə saxlayır.

Milli.Az


Tags:  Özil Di Maria Real Madridə qayıdır

RƏYLƏR


Top news