Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Arif Rəhimzadə: “Rusiya ilə düşmənçilik etmək iqtidarında deyilik”

Arif Rəhimzadə: “Rusiya ilə düşmənçilik etmək iqtidarında deyilik”

Arif Rəhimzadə Türk Dünyası Ağsaqqallar Şurasının üzvü imiş - ŞOK FAKT (07 Mart 2017 19:33)
“Biz türk deyilik, niyə üzr istəməliyəm?” — Arif Rəhimzadədən növbəti QALMAQALLI AÇIQLAMA (06 Mart 2017 13:38)
"Adama sual verərlər, onda biz kimik?" (06 Mart 2017 09:52)

Tarix: 30 Noyabr 2016 20:53

“Ukrayna təcrübəsi də göstərdi ki, Rusiya ilə hədə yolu ilə danışmaqla müsbət nəticəyə nail olmaq mümkün deyil. Amma bu o demək deyil ki, Azərbaycan səssiz qalır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun keçmiş rəhbəri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib.

Komitə sədri deyib ki, Rusiyanın və Azərbaycanın öz maraqları var:

“Biz Rusiya ilə düşmənçilik etmək iqtidarında deyilik. Rusiya ilə münasibətləri qoruyub saxlamaq lazımdır. Ancaq eyni zamanda, Dağlıq Qarabağ məsələsinin həllinə də diqqətlə yanaşılmasına nail olmaq lazımdır”.

A.Rəhimzadə qeyd edib ki, Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyaya öz münasibətini çatdırır:

“Biz Rusiyaya hər zaman öz sözümüzü deyirik. Amma Rusiya ilə münasibətlərdə daha konkret nəticələrin əldə olunmasına çalışmalıyıq”.

Vasif Həsənli


Teqlər:  Arif Rəhimzadə Rusiya düşmənçilik etmək iqtidarında deyilik



RƏYLƏR


Top xəbərlər