Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda növbəti 4 ildə qeyri-neft sənayesində 7,4 faiz artım proqnozlaşdırılır

Azərbaycanda növbəti 4 ildə qeyri-neft sənayesində 7,4 faiz artım proqnozlaşdırılır

Date: 30 November 2016 21:12

2017-2020-ci illərdə Azərbaycanda qeyri-neft sənayesində orta illik artımın 7,4 faiz olacağı gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisdə 2017-ci il dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, aqrarsənaye komplekslərində gələn il istehsalın 4,9 faiz artacağı proqnozlaşdırılır. Xidmət sahələrində isə artım proqnozu gələn il üçün 2,2, növbəti dörd il üçün isə 7,4 faizdir.

Milli.Az


Tags:  Azərbaycanda növbəti ildə qeyri-neft sənayesində faiz artım proqnozlaşdırılır

RƏYLƏR


Top news