Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda tanınmış idmançı həbs edildi

Azərbaycanda tanınmış idmançı həbs edildi

Date: 30 November 2016 21:13

Azərbaycanda tanınmış idmançı həbs edilib.

Publika.az xəbər verir ki, K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb.

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ilə ələ keçirilməkdə ittiham olunur.

Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Ceyhun Yusifov bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. (apasport.az)


Tags:  Azərbaycanda tanınmış idmançı həbs edildi

RƏYLƏR


Top news