Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda "Şapekoense"nin xatirəsi anıldı - FOTO

Bakıda "Şapekoense"nin xatirəsi anıldı - FOTO

Date: 30 November 2016 21:48

Braziliyanın "Şapekoense" komandasını Kolumbiyaya aparan təyyarənin qəzaya uğradığı faciəvi hadisə qurbanlarının xatirəsi Azərbaycanda da anılıb.

Publika.az xəbər verir ki, bununla əlaqədar Bakı Olimpiya Stadionu klubun rənginə boyanıb. Stadionun mətbuat katibi Cəmilə Sultanova arenanın yaşıl rəngə büründüyü görüntüsünü sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, "Şapekoense" "Atletiko Nasyonal"la Cənubi Amerika Kubokunun final matçına yollanarkən qəzaya düşüb. Təyyarənin 81 sərnişinindən yalnız 5-i sağ qalıb. Dünyasını dəyişənlərdən 2-si - müdafiəçilər Filipe Joze Maçado və Villiam Tieqo de Xesus vaxtilə Azərbaycanda müvafiq olaraq, "İnter" və "Xəzər Lənkəran"da çıxış ediblər.


Tags:  Bakıda Şapekoensenin xatirəsi anıldı FOTO

RƏYLƏR


Top news