Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub
21:52 30 Noyabr 2016
153 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə "Hürriyyet" məlumat yayıb.
Türkiyə mətbuatının yaydığı məlumata görə, danışıqlarda Suriya məsələsi, o cümlədən Hələbdəki son durum, habelə mülki vətəndaşlara humanitar yardım məsələsi müzakirə edilib.
Kremlin yaydığı məlumatda isə bildirilir ki, danışıqlarda Rusiya-Türkiyə münasibətləri, ikitərəfli əlaqələr müzakirə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/erdoganla-putin-arasinda-telefon-danisigi-olubqerg2ehg

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR