Hər il dünyada 6-7 million insan insultdan ölür. Hal hazırda alimlər insultun xeyli "cavanlaşmasını" müşahidə edir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Amerika alimlərinin fikrinə görə, insanın doğulma tarixi onda insultun ehtimalı ilə sıx əlaqədədir.
225 min insanın məlumatını araşdırdıqdan sonra alimlər bildiriblər ki, 1965-1974-cü illərdə anadan olan insanlarda 1945-1954-cü illərdə anadan olan insanlarla müqayisədə insultun riski 2 dəfə çoxdur.
Araşdırmanın nəticələri Journal of the American Heart Association jurnalında dərc olunub.
Alimlərin fikrinə görə, bunun səbəbi ilk növbədə 60-cı illərdən sonra piylənmə və şəkərli diabetin yayılması ilə əlaqəlidir. Piylənmə və diabet ürək-damar sistemi xəstəliklərinin əsas səbəblərindən sayılır. Ürək-damar sistemi xəstəlikləri isə öz növbəsində insultun inkişafına səbəb olur.
Beləliklə, 40-55 yaşlar arası insanlar öz sağlamlığına qarşı daha diqqətli olmalıdır.
Milli.Az