Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Zəncəfilli bananlı şirniyyat - HAZIRLANMA QAYDASI

Zəncəfilli bananlı şirniyyat - HAZIRLANMA QAYDASI

Gül kələmindən kotlet - HAZIRLANMA QAYDASI (07 Mart 2017 07:05)
Bananlı desert - FOTO (12 Fevral 2017 07:05)

Tarix: 30 Noyabr 2016 22:52

Zəncəfilli bananlı şirniyyat zəncəfilin xüsusi dad verdiyi şirniyyatdır. Milli.Az lent.az-a istinadən hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:
 
200 qr şəkər tozu
275 qr qat-qat xəmir 
1 sm zəncəfil çubuğu - təmizlənmiş və sürtgəcdən keçirilmiş 
4 ədəd banan - nazik doğranmış 
2 çay qaşığı süd
Vanilli dondurma
 
Hazırlanması:
 
Sobanı 220 dərəcəyə qədər qızdırın.
 
İlk əvvəl karamel sousunu hazırlayaq: qazanda şəkəri 60 ml suda əridin. Sonra 5-7 dəqiqə rəngi qızılı olana qədər qaynadın. Oddan götürün, rəngini dəyişməyə davam edəcək.
 
Xəmirdən 6 dairə götürün.
 
Dərin soba qabına 1 çimdik zəncəfil səpin.
 
Bir az karamel əlavə edin, üstünə bananı düzün və xəmirlə örtün.
 
Üzərinə süd çəkin və 20 dəqiqə bişirin. 
 
Karamel isti olduğu müddətdə piroqu boşqaba çevirin.
 
Dondurma ilə servis edə bilərsiniz.
 
Nuş olsun!

Milli.Az


Teqlər:  Zəncəfilli bananlı şirniyyat HAZIRLANMA QAYDASI



RƏYLƏR


Top xəbərlər