Avropa ŞOKDA: “O masada Türkiyə var, biz isə...”

Avropa ŞOKDA: “O masada Türkiyə var, biz isə...”
22:58 30 Noyabr 2016
256 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniya parlamentində Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, parlamentin xarici işlər komissiyasının başçısı Norbert Röttgen Qərb ölkələrinin Suriyanın Hələb şəhərində baş verənləri dayandırmaqda aciz olduğunu deyib.

“Mənim fikrimcə, Hələb Qərb xarici siyasətinin son illərdəki ən böyük fəlakətinin simvoludur”, - deyə komissiya bildirib.

O, İsveçrənin Lozanna şəhərində davam edən Suriya üzrə müzakirələrə Türkiyə və Qətərin də qatıldığını, ancaq Avropa İttifaqının 28 ölkəsindən heç birinin təmsil olunmadığını xatırladıb. O, qeyd edib ki, Hələbdə döyüş cinayətləri işlədən tərəflərə qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır.

Qeyd edək ki, Lozannada aparılan Suriya üzrə müzakirələrdə 9 ölkə - ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İran, Qətər, İordaniya, İraq və Misir iştirak edir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR