34 illik evliliyə son qoyula bilər

34 illik evliliyə son qoyula bilər
23:01 30 Noyabr 2016
97 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Denni De Vitonun ailəsi dağılmaq üzrədir.

Axşam.az-ın xarici Kİv-ə istinadən məlumatına görə, 34 ildir Rea Perlman ilə ailəli olan aktyor boşanmaması üçün əlindən gələni edir.

Boşanmağa ilk addımı Rea atıb. Buna səbəb isə Denninin gənc və sarışın gözəlçə, "Evolution International Film Festival"ın direktoru Sandra Silinq ilə eşq yaşaması haqda xəbərlərin çıxması olub.
 
Bundan başqa, Sandra və Vitonun qeyri-iş şəraitində çəkilən fotoları Perlmanın qısqanmasına səbəb olub. O, bunu Denniyə bağışlamayacağını bildirib.

Qeyd edək ki, cütlük 1982-ci ildə ailə həyatı qurub. Onların bu evlilikdən 3 övladı var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR