Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ABŞ-da qasırğa zamanı 5 nəfər həlak olub, yaralananlar var

ABŞ-da qasırğa zamanı 5 nəfər həlak olub, yaralananlar var

Təbii fəlakət 20 məktəblinin həyatına son qoydu (20 Mart 2017 08:43)
Ganada faciə:20 məktəbli ağaclar altında qalaraq öldü (20 Mart 2017 06:49)
Qasırğa 120 evin damını uçurdu (19 Mart 2017 16:18)

Tarix: 30 Noyabr 2016 23:07

Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ-ın cənub-şərqində tüğyan edən qasırğa nəticəsində 5 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Americaru" məlumat yayıb.
Məlumatda bildirilir ki, təbii fəlakət Rozali şəhərində bir bina da daxil olmaqla kilsə və "Daycare" adlı tibb mərkəzini dağıdıb. Tibb mərkəzinin dağılması zamanı isə 3 nəfər xəsarət alıb. Belə ki, mərkəzin pasiyentləri başqa tibbi məntəqəyə təxliyyə edilib. Lakin əməkdaşlar mərkəzdə qalıb. Onların hamısı uçulmuş mərkəzin dağıntıları altından xilas edilib və kritik vəziyyətdə reanimasiyaya yerləşdirilib.
Çərşənbə günü səhər Alabama ştatının 3 sakini fəlakətin qurbanı olub. Tennesi ştatında isə 2 nəfər həyatını itirib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət De Kalb dairəsində 25 evi və 6 quşçuluq fermasını məhv edib. Qasırğanın vurduğu ziyan hələ müəyyənləşdirilməyib.

Teqlər:  ABŞ-da qasırğa zamanı nəfər həlak olub yaralananlar var



RƏYLƏR


Top xəbərlər