Ərdoğanla Putin arasında telefon danışığı olub

Ərdoğanla Putin arasında telefon danışığı olub
23:14 30 Noyabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya və Türkiyə liderləri bu gün telefonla Hələb və ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Hələbə  humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər.

 

Həmçinin tərəflər Hələbdə toqquşmaların tezliklə dayandırılması perspektivlərini müzakirə ediblər.

 

Bundan başqa, iki ölkə lideri dekabrın 1-də keçiriləcək strateji planlaşdırma üzrə Rusiya-Türkiyə birgə qrupunun görüşü, baş nazir Binali Yıldırımın dekabrın əvvəlində Rusiyaya səfəri barədə fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, bu, son günlər ərzində Ərdoğan və Putin arasında baş tutan üçüncü telefon danışığıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261073

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR