Xırdalanda mənzildən 82 yaşlı kişinin meyiti tapılıb

Xırdalanda mənzildən 82 yaşlı kişinin meyiti tapılıb
23:47 30 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 noyabr. REPORT.AZ/ Xırdalan şəhərində mənzildən meyit tapılıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Məmmədov Qəmbər İsgəndər oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 21:20-də başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xirdalanda-menzilden-82-yasli-kisinin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR