Evdə it saxlamağın İNANILMAZ FAYDALARI

Evdə it saxlamağın İNANILMAZ FAYDALARI
23:52 30 Noyabr 2016
272 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən bildirir ki, aparılan elmi araşdırmalar zamanı it sahibi olmağın insan psixologiyası və sağlamlığına müsbət cəhətdən təsir göstərdiyi təsbit edilib. Yox, əgər yenə də evdə it saxlamaqla bağlı qərarınız qəti deyilsə, o zaman bu materialı oxuyun və evdə it saxlamağın inanılmaz faydaları ilə tanış olun.

Xərçəngi təsbit edir
 
İtlərin qoxu alma duyğuları olduqca yaxşı inkişaf edib. Buna görə əgər bədəninizin hansısa qismində şiş əmələ gəlibsə, it bunu daha tez və yaxşı duyacaq. Şişi təsbit edən it tez-tez sizi qoxulayar və hətta həmin hissəni dişləyə də bilər.
 
Qan şəkərinizə nəzarət edər
 
Sahiblərinin qan şəkərinin düşdüyünü hiss edən itlər fərqli davranışlar göstərir. Əgər xəstəliyinizin fərqindəsinizsə, itin nə üçün belə etdiyini anlaya bilərsiniz.
 
Depressiyanın qarşısını alar
 
Aparılan araşdırmalara görə, itlər saçdığı enerji ilə insan psixologiyasına müsbət təsir edir və bu da sahibin daha az depressiyaya düşməsinə kömək edir.
 
Allergiyaya qarşı müqaviməti artırır
 
Uşaqlıq yaşından it sahibi olan insanlarda çox az allergik hallar yaşanır.
 
İdman etmənizə kömək edər
 
İt sahibi olanlar çox az hallarda piylənmə problemi yaşayar. Bunun səbəbi isə tez-tez gəzmək istəyən itin özü ilə birlikdə sahibini də gəzməyə, qaçmağa vadar etməsidir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR