Çəkmələrinizə belə qulluq edin

Çəkmələrinizə belə qulluq edin
00:05 1 Dekabr 2016
117 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bütün yayı bağlı yerdə qalan qış ayaqqabılarınızı təkrar geyinmədən əvvəl yeni görünməsi üçün nələr etmək lazım olduğunu bu yazıdan öyrənin.

Milli.Az lent.az-a istinadən bildirir ki, çəkmələrinizin yeni alındığı kimi parıltılı görünməsini istəyirsinizsə, bir neçə damcı zeytun yağı işinizə yarayacaq. Bir kağız, ya da parçanın üzərinə bir-iki damcı zeytun yağı töküb çəkmənizi silin.

Bütün qadınlar ayaqqabılarının hamısının bir yerdə göz önündə olmasını istəyər. Ancaq çəkmələrinizin zərər görməsini istəmirsizsə, çıxardıqdan sonra qutusuna qoyub saxlayın.
 
Uzunboğaz çəkmələrin formasını pozması və əzilib-büzülməməsi üçün geyinmədiyiniz vaxtlar içinə bir az kağız, ya qəzet yığa bilərsiniz.
 
Ayaqqabılarınız kirləndiyi zaman limon suyu və içməli suyu 50 % nisbətində qarışdırıb bu suyla silin. Limonun asitli tərkibi kirləri asanlıqla təmizləyib ayaqqabınızın yeni görünməsinə kömək edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/493912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR