Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ-da güclü qasırğa - 5 nəfər həlak oldu

ABŞ-da güclü qasırğa - 5 nəfər həlak oldu

Date: 1 December 2016 00:18

ABŞ-ın cənub-şərqində tüğyan edən qasırğa nəticəsində 5 nəfər həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "Americaru" məlumat yayıb.

Məlumatda bildirilir ki, təbii fəlakət Rozali şəhərində bir bina da daxil olmaqla kilsə və "Daycare" adlı tibb mərkəzini dağıdıb. Tibb mərkəzinin dağılması zamanı isə 3 nəfər xəsarət alıb. Belə ki, mərkəzin pasiyentləri başqa tibbi məntəqəyə təxliyyə edilib. Lakin əməkdaşlar mərkəzdə qalıb. Onların hamısı uçulmuş mərkəzin dağıntıları altından xilas edilib və kritik vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Çərşənbə günü səhər Alabama ştatının 3 sakini fəlakətin qurbanı olub. Tennesi ştatında isə 2 nəfər həyatını itirib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət De Kalb dairəsində 25 evi və 6 quşçuluq fermasını məhv edib. Qasırğanın vurduğu ziyan hələ müəyyənləşdirilməyib. (Report)


Tags:  ABŞ-da güclü qasırğa nəfər həlak oldu

RƏYLƏR


Top news