Kürdəmirdə ev yandı

Kürdəmirdə ev yandı
00:19 1 Dekabr 2016
120 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə ev yanıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən  axşam saat 22 : 30 radələrində rayonun Atakişili kəndində qeydə alınıb.

 

Kənd sakini , 1973-ci il təvəllüdlü Ulduz Babaş qızı Qurbanovaya  məxsus 1 mərtəbəli 3 otaqdan ibarət  fərdi yaşayış   evində güclü yanğın baş verib.  Yanğın  nəticəsində ümumi sahəsi 108 kvadratmetr olan evin 54 kvadratmetri əşyaları ilə birlikdə yanaraq kül olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Kürdəmir Rayon Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqda ki tikililər yanğından mühafizə olunub. Ev sahibi  evin mübahisəli olduğuna görə, qəsdən yandırıldığını iddia edir.   Fakt araşdırılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR