8 rayonda analoq TV yayımı dayandırılır

8 rayonda analoq TV yayımı dayandırılır
00:29 1 Dekabr 2016
137 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq TV yayımı dayandırılır.

 

APA-nın xəbərinə görə, dekabrın 1-dən bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək.

 

Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçiriləcək. Analoq yayımın II mərhələdə - 10 dekabr 2016-cı il tarixdən Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə,  Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Qaxda, III mərhələdə - 20 dekabr 2016-cı il tarixdən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik, Astarada dayandırılması nəzərdə tutulur.

 

Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261075

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR