Türkiyə mətbuatı: sabiq prezident Abdullah Gül yeni partiya yaradır

Türkiyə mətbuatı: sabiq prezident Abdullah Gül yeni partiya yaradır
01:57 1 Dekabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Türkiyənin keçmiş prezidenti Abdullah Gül hakim Ədalət və İnkişaf Partiyasının tərkibindən çıxmaq və məşhur siyasi şəxslərlə birlikdə yeni partiyanı yaratmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "Akit TV" türk telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Türkiyənin 11-ci prezidenti, yeni partiyanın yaradılması məqsədi ilə bir sıra siyasətçilərlə görüşüb. Qeyd edilir ki, Abdulla Gül xarici siyasətçilərlə də ünsiyyətdədir.
Mənbənin telekanala verdiyi məlumatda həmçinin bildirilir ki, Abdullah Gül yeni partiyanı keçmiş baş nazir Əhməd Davudoğlu, sabiq xarici işlər naziri Əli Babajan, parlamentin keçmiş spikeri Əli Şahin, habelə Ədalət və İnkişaf Partiyasının rəhbər orqanlarında çalışmış digər şəxslərlə birlikdə yaratmaq istəyir. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-metbuati-abdullah-gul-yeni-partiya-yaradir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR