Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ona kömək ediləcəyini eşidincə, sevincindən beyninə qan sızdı - video

Ona kömək ediləcəyini eşidincə, sevincindən beyninə qan sızdı - video

Date: 1 December 2016 02:01

Yılmaz Morgülün aparıcılığı ilə baş tutan verilişdə ilginc anlar yaşanıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, proqrama gələn Nazmiye Kocakulak həyat hekayəsini danışıb. 62 yaşından sonra oxuma və yazmağı öyrənən qadın daha sonra öz hesabına bir kitab çıxarıb.

Verilişə kitabını reklam etmək və sataraq ev almaq iüçün gələn Nazmiyə ona edilən təklifi eşidəndə beyninə qan sızıb.

Belə ki, proqramda qonaq olan İbrahim Erkal Yılmaz Morgüllə bərabər bir konsert hazırlayacaqlarını və oradan gələn gəlirlə xanıma ev alacaqlarını söz veriblər. İki xəstə uşağa baxan Kocakulak bu xəbəri eşidincə, sevincindən özünü pis hiss edib.

Xəstəxanaya aparılan qadının beyninə qan sızdığı öyrənilib. Hazırda xəstəxanada olan Nazmiyənin bir neçə gün müalicə alacağı bildirilib.

 


Tags:  Ona kömək ediləcəyini eşidincə sevincindən beyninə qan sızdı video

RƏYLƏR


Top news