El-Klasiko “Şapekoense” üçün oynanılacaq

El-Klasiko “Şapekoense” üçün oynanılacaq
03:43 1 Dekabr 2016
143 İdman
Ölkə mətbuatı
A- A+

“Barselona” - “Real” derbisindən qazanılacaq vəsait təyyarə qəzasında futbolçuları, məşqçiləri və personalının həlak olduğu Braziliyanın “Şapekoense” klubuna köçürüləcək.

Publika.az xəbər verir ki, bu barədə “Midiario” informasiya portalı məlumat yayıb. “Barselona” - “Real” oyunu bu həftəsonu - dekabrın 3-də “ Nou Kamp”da keçiriləcək.

İspaniya klubları ilə yanaşı, dünyanın bir sıra komandaları da yardım kampaniyasına qoşulub. Fransanın paytaxt klubu PSJ 40 milyon avro yardım göstərmək barədə açıqlama verib. Argentina və Braziliya klubları tərəfindən isə qəzadan ziyan çəkən kollektivin yüksək liqanı tərk etməməsi üçün alternativ kömək təklif olunub. Belə ki, onlar öz hesablarına pulsuz 3 illik futbolçu icarə etməyə hazır olduqlarını bəyan ediblər.

Qeyd edək ki, hazırda xəstəxanada qəzadan sağ qalan Braziliya komandasının 3 futbolçusu müalicə olunur. Komanda ilə müxtəlif səbəblərdən Kolumbiyaya yollanmayan 9 futbolçu vətənində qalıb. (teleqraf.com)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/178035.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR