Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Misirdə 296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi

Misirdə 296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi

Date: 1 December 2016 04:49

Misirin hərbi məhkəməsi sabiq prezident Məhəmməd Mursinin 296 tərəfdarına bir ildən 25 ilədək həbs cəzası verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu şəxslər 2013-cü ildə İsmayiliyə əyalətindəki məhkəmə kompleksinin binasında iğtişaşlar təşkil etməkdə ittiham olunublar. O zaman təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 10 nəfər ölmüşdü.

 

Qeyd edək ki, noyabrın 15-də  Məhəmməd Mursi haqqında ölüm hökmü ləğv edilib. Lakin keçmiş prezident Qətərə casusluqda ittiham olunaraq 2012-ci ilin dekabrında prezident iqamətgahı qarşısında nümayişçiləri öldürməkdə günahlandırıldığı üçün daha 20 il həbsxanada qalacaq.

 

Xatırladaq ki, M. Mursi 2012-ci ildə prezident seçilib. 2013-cü ilin yayında isə hərbçilər tərəfindən devrilib. Çevrilişdən sonra M. Mursi və “Müsəlman qardaşları” hərəkatının bir çox üzvləri həbs edilib.


Tags:  Misirdə 296 nəfər Mursi tərəfdarına həbs cəzası verildi


RƏYLƏR


Top news