Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Smartfonun işləmə vaxtını 7 günədək artıracaq

Smartfonun işləmə vaxtını 7 günədək artıracaq

Date: 1 December 2016 07:12

ABŞ alimləri smartfonlar üçün tam yeni batareya yaradıblar. Bir neçə saniyəyə enerji toplaması və işləmə vaxtının 7 gün təşkil etməsi batareyanın əsas fərqləndirici cəhətidir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Florida Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən ərsəyə gətirilən yeni texnologiya smartfonu həftədə bir dəfə enerji ilə doldurmağa imkan verəcək və batareya 5 saniyəyə enerji toplayacaq.

Məlumata görə, hazırda sınaq mərhələsində olan yeni ABŞ texnologiyasına mütəxəssislər gələcəkdə ondan müxtəlif mobil sistemlərdə daha əlverişli istifadə üçün bütün lazımi dəyişiklikləri etməyi planlaşdırırlar.

Qeyd edək ki, bundan əvvəl mütəxəssislər smartfonlarda əlavə akkumulyatordan istifadə variantını təklif ediblər. Nəticədə ekspertlər digər qurğuların bu şəkildə olmasının qabarit və qiymətə təsir edəcəyi və belə modellərin populyarlığının azala biləcəyi qənaətinə gəliblər. Belə perspektivi dərindən öyrənən analitiklər onun həyata keçirilməsindən imtina ediblər.

Milli.Az


Tags:  Smartfonun işləmə vaxtını günədək artıracaq


RƏYLƏR


Top news