Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ Rusiya diplomatlarının yerdəyişmələrini məhdudlaşdıran qanun layihəsini qəbul edib

ABŞ Rusiya diplomatlarının yerdəyişmələrini məhdudlaşdıran qanun layihəsini qəbul edib

Date: 1 December 2016 07:17

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə Rusiya diplomatlarının yerdəyişmələrini məhdudlaşdıran qanun layihəsini qəbul edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bununla bağlı palatanın saytında bildirilir.
Bu, 2017 ildə Amerikanın xüsusi xidmət orqanlarının maliyyələşdirilməsi haqqında qanun layihəsinin bəndlərindən birinə daxil edilib. Qanun layihəsi ABŞ-dakı Rusiya Federasiyasının diplomatik nümayəndəlikləri əməkdaşlarının təqvim rübü ərzində öz ofis binalarından 25 mil (40 kilometr) kənara çıxmasının məhdudlaşdırılmasını nəzərdə tutur.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bu cür məhdudlaşmaları tənqidlə qarşılayıb. 


Tags:  ABŞ Rusiya diplomatlarının yerdəyişmələrini məhdudlaşdıran qanun layihəsini qəbul edib

RƏYLƏR


Top news