Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hadisələrin sonrası neyronlar görəcək

Hadisələrin sonrası neyronlar görəcək

Date: 1 December 2016 07:27

Massaçusets Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Kompüter elmləri və süni intellekt laboratoriyasının ("CSAIL") alimləri tərəfindən hazırlanmış dərin təlim alqoritmi bir kadr əsasında öz çarxlarını hazırlaya və gələcək hadisələrin inkişafını deyə bilir.

"CSAIL" mühəndisləri tərəfindən ümumi uzunluğu 1 ildən çox və insanların adi, gündəlik həyatı təsvir edilmiş təxminən 2 milyon video neyron şəbəkəsinə göstərilib. Bu halda alqoritm hadisələrin sonrakı inkişafını əvvəlcədən bilməyib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, alimlər tərəfindən yaradılmış "ikiaxınlı arxitektura" bu məlumat yığımına  əsaslanaraq gördüklərinə əsasən insanın hərəkətlərini yenidən yaratmağa çalışıb. Nəticədə aşağı keyfiyyətli çox qısa (cəmi 1 saniyə və ya 32 kadr) çarx hazırlayıb.

Kompüter tərəfindən yaradılmış videoda, məsələn, çimərlik, dəmir yolu stansiyaları və yeni doğulmuş körpələrin sifəti təsvir edilib. Bundan sonra alimlər komandası "Amazon Mechanical Turk" xidmətinə çarxın keyfiyyətini qiymətləndirmək xahişi ilə müraciət edib. Təəccüblü olsa da, alqoritm tərəfindən yaradılmış video istifadəçilərə inandırıcı görünüb.

Milli.Az


Tags:  Hadisələrin sonrası neyronlar görəcək


RƏYLƏR


Top news