ABŞ Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdırdı

ABŞ Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdırdı
07:54 1 Dekabr 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sənədə əsasən ABŞ-da akkreditə olan Rusiya diplomatik nümayəndələrinin əməkdaşları təqvim rübü ərzində öz iş yerlərindən 40 km uzağa səfər etmək üçün əvvəlcədən ABŞ hökumətini xəbərdar etməlidirlər.

 

Qərarın lehinə 390, əleyhinə isə 30 konqresmen səs verib.

 

ABŞ Konqresinin Nümayəndələr Palatası 2017-ci maliyyə ilində ABŞ kəşfiyyat xidmətlərinin maliyyələşdirilməsi haqqında qanun layihəsini qəbul edib. Yeni qaydalar “ABŞ-da akkreditə olan Rusiya diplomat və konsullarının səfərlərinin məhdudlaşdırılması” adlı bölmədə yer alıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR