Rusiyada qaz partlaması: 2 ölü, 5 yaralı

Rusiyada qaz partlaması: 2 ölü, 5 yaralı
07:57 1 Dekabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Rostov vilayətində  baş vermiş  qaz partlaması nəticəsində 2 nəfər ölüb,  5 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident Baqayevsk rayonunda yerləşən ikimənzilli yaşayış evində qeydə alınıb.
 
Hadisə nəticəsində mənzilin biri tamamilə, digəri isə qismən dağılıb. İlkin versiyaya görə, hadisəyə məişət qazının partlaması səbəb olub. Yaralananlardan 3-ü xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə məlumat verilmir. Hadisə yerinə Rusiya FHN-nin  canlı qüvvə və texnikası cəlb olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR