Niderland Belçikaya 3 hektar torpaq verib, əvəzində 16 hektar ərazi alacaq

Niderland Belçikaya 3 hektar torpaq verib, əvəzində 16 hektar ərazi alacaq
08:02 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Belçika və Niderland öz aralarındakı sərhədləri sadələşdirmək üçün Maas çayı boyunca yerləşən torpaq sahələrinin dəyişilməsi barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" məlumat verib.
Nəşrin məlumatına görə, dövlətlər bir-birinə kiçik torpaq sahələrini güzəşt edəcək. Lakin bu, qeyri-bərabər bu mübadilə olacaq. Belə ki, Niderland qarşı tərəfə 3 hektar torpaq verəcək. Əvəzində isə qarşı tərəfdən 16 hektar torpaq sahəsi alacaq.
Dəyişikliklər 2018-ci ildə, xarici işlər nazirləri tərəfindən imzalanmış müqavilənin hər iki ölkənin parlamentləri tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minəcək.
Qeyd edək ki, hər iki ölkənin xarici işlər nazirlikləri noyabrın 28-də bununla bağlı razılığa gələrək müvafiq sənəd imzalayıblar.

Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/belcika-ve-niderland-serhedlerin-sadelesmesi-ucun-torpaq-sahelerini-deyisecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR