Azərbaycanlı və erməni ictimai fəalların müraciəti Bolqar mətbuatında

Azərbaycanlı və erməni ictimai fəalların müraciəti Bolqar mətbuatında
08:05 1 Dekabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Cari ilin 30 noyabr tarixində Bolqarıstanın iki aparıcı qəzetlərindən olan "Standart" qəzetində 8 noyabr 2016-cı il tarixində Bakıda erməni və azərbaycanlı ictimai fəallar və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransa həsr olunmuş "Ermənistan və Azərbaycan arasında sülh mümkündür" başlıqlı məqalə dərc edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə konfrans iştirakçıları haqqında məlumat verilərək, iki ölkə arasında münaqişə mövcud olduğu dövrdə ilk dəfə olaraq belə bir tədbirin təşkil edildiyi və onun konstruktiv ruhda keçdiyi qeyd olunub. Konfransın yekunu olaraq tədbir iştirakçıları tərəfindən Azərbaycan və Ermənistan prezidentləri və xalqlarına müraciətin qəbul ediliyi bildirilmiş və həmin sənədin əsas məqamları, o cümlədən nəticələrindən hər iki xalqın əziyyət çəkdiyi münaqişənin tezliklə həll olunması məqsədilə məzmunlu və nəticəyönümlü danışıqların sürətləndirilməsi, işğal faktının aradan qaldırılması və məcburi köçkünlərin doğma yaşayış yerlərinə qayıdışının təmin edilməsi ilə bağlı çağırışın edilməsi açıqlanıb. Tolerant və multikultural dövlət olan Azərbaycanda hazırda 30 minə yaxın erməni əsilli insanın sərbəst yaşaması faktı qeyd olunaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hər iki xalqın təhlükəsiz və sulh şəraitində birgə yaşaması üçün heç bir maneənin olmadığı və bununla əlaqədar azərbaycanlılar və ermənilərin etnik uyğunsuzluğu kimi qatı irqçi iddiaların tədbir iştirakçıları tərəfindən qətiyyətlə rədd edildiyi vurğulanıb.

Bu xüsusda, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək muxtariyyət verilməsinə dair son təklifin nəzərə alınmasının və vətəndaş cəmiyyətləri arasında dialoqun davam etdirilməsinin tədbir iştirakçıları tərəfindən məqsədəuyğun hesab edildiyi və onların Azərbaycan və Ermənistan arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına əsaslanan sivil münasibətlərin yaradılmasına dair çağırış etdikləri bildirilib.

Həmçinin, Bakı olarkən erməni hüquq müdafiəçilərinin Azərbaycanda yaşayan ermənilərlə görüşdükləri, erməni kilsəsində olduqları və Vahe Avetyanın Xocalı abidəsinin ziyarət etdiyi barədə məlumat verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/494569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR