Kolumbiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum olub

Kolumbiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum olub
08:12 1 Dekabr 2016
183 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ Kolumbiyada baş vermiş təyyarə qəzasının səbəbləri məlum olub.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Aviasiyasının Aviasiya təhlükəsizliyi xidmətinin rəisi Freddi Bonilya keçirdiyi mətbuat konfransında xəbər verib.
Onun sözlərinə görə, qəzaya təyyarənin yanacaq çatışmazlığı səbəb olub. 
Qeyd edək ki, təyyarə Medelin şəhərinin 50 kilometrliyində qəzaya uğrayıb. Hadisə zamanı onun göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun heyəti, 9 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 77 nəfər olub. Onlardan 6-ı sağ qalıb. 71 nəfər isə qəza zamanı həlak olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kolumbiyada-bas-vermis-teyyare-qezasinin-sebebi-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR