Moskvada 5G internet şəbəkəsi işə salınacaq

Moskvada 5G internet şəbəkəsi işə salınacaq
08:22 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Yaxın günlərdə Rusiyada 5G yüksək sürətli internetin tətbiqi planlaşdırılır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, ilk olaraq bu şəbəkəni Moskva sakinləri qiymətləndirə biləcəklər.

2015-ci il ərzində böyük miqdarda trafikin istifadə olunması nəticəsində istehlakçılara xidmətin keyfiyyəti 15 faiz azalıb. 2016-cı ildə isə belə çətinliklərlə üzləşilməyib. Mobil operatorların nümayəndələri mütəmadi olaraq yenilənmə üzərində çalışır və mobil şəbəkəni müasirləşdirirlər.

Yaxın zamanlarda Rusiya paytaxtında  yüksək sürətli 5G internet sistemi işə salınacaq. Yeniliyin ilk istifadəçiləri Moskva və Moskva ətrafı rayonların sakinləri olacaq. Yeni sürətli internetin işə salınmasına baxmayaraq, belə texniki tələblərə cavab verən cihazlar yalnız 2018-ci ildən istehsal olunmağa başlanılacaq. 5G-nin tətbiqinə sosial səhifələrin və internetdəki videoların aşağı sürətlə yüklənməsi barədə statistik məlumatların olması səbəb olub.

Qeyd edək ki, ən böyük internet trafikinin istehlakı Rusiya paytaxtında qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/494531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR