Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Xəzər Dəniz Gəmiçiliyi”nin xarici ölkələrdəki nümayəndəlikləri ləğv edildi

“Xəzər Dəniz Gəmiçiliyi”nin xarici ölkələrdəki nümayəndəlikləri  ləğv edildi

Date: 1 December 2016 08:22

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə, Rusiya, İran, Qazaxıstan, UkraynaTürkmənistandakı nümayəndəlikləri ləğv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə" qərarında etdiyi dəyişikliklərdə əksini tapıb.
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin  törəmə müəssisələrinin hüquqi statusu da dəyişib, törəmə hüquqi şəxslər adlandırılıb. Cəmiyyətin "Dənizçi" yardımçı kənd təsərrüfatı müəssisəsi ləğv edilib. Törəmə hüquqi şəxs statusunda "ACSC logistics" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Dənizçi" mənzil-tikinti kooperativi, xarici törəmə hüquqi şəxslər və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin iştirakçı olduğu birgə müəssisələr Cəmiyyətin strukturuna daxil edilib. "Zığ" Quru Yük Limanı və "İnflot" Dəniz Agentliyi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr) siyahısına əlavə edilib.

Milli.Az


Tags:  Xəzər Dəniz Gəmiçiliyinin xarici ölkələrdəki nümayəndəlikləri ləğv edildi

RƏYLƏR


Top news