22 dəfə intihara cəhd etdi, ölə bilmədi - FOTO

22 dəfə intihara cəhd etdi, ölə bilmədi - FOTO
08:23 1 Dekabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin müxtəlif vilayətlərində fərqli səbəblərə görə, 21 dəfə intihara cəhd edən 25 yaşındakı Mehmet H. buna adət etdiyini nümayiş etdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, gənc Ədirnədə 7 mərtəbəli binanın üst mərtəbəsindəki yanğın nərdivanlarına çıxaraq oradan özünü atacağını söyləyib.

O, həyat yoldaşı və oğlunun xəstə olduğunu, onların müalicəsi üçün pulunun olmadığını deyib: “Həyat yoldaşım xərçəngdən müalicə alır. Müalicə xərclərini ödəyə bilmirəm. İki uşağımdan birinin ürəyində deşik var. Kirayə pulunu ödəyə bilmədiyim üçün ev sahibi bizi evdən çıxardacaq”.

Hadisə yerinə gələn polislər Mehmet. H.-nı fikrindən daşındırmaq üçün onunla söhbətə başlayıblar. Xilasedicilər isə yerdə hava yastığı açıblar. Polislə təxminən 2 saatlıq söhbətdən sonra Mehmet. H. intihardan imtina edib. O, polisdən yardım alacağı barədə vəd alıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/178051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR