Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Süd için ki, onda hər dərdin dərmanı var

Süd için ki, onda hər dərdin dərmanı var

Date: 1 December 2016 08:52

Bir nəfər İmam Sadiqdən (ə) soruşur: "Mən bədənimdə zəiflik hiss edirəm". Həzrət (ə) buyurur: "Süddən istifadə et, çünki ət əmələ gətirir və sümüklərə möhkəmlik verir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) nəql edir ki, Həzrət Peyğəmbər (s) buyurub: "İnək südündə hər dərdin dərmanı vardır". Həzrət (s) başqa yerdə buyurur: "İnək südündən istifadə edin. Çünki inək hər bitkidən yeyir və südü hər dərdin dərmanıdır". İnək hər bir faydalı otdan yediyi üçün, südündə onların təsiri vardır.
İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: "Süd içmək hər bir dərdin şəfasıdır, ölümdən başqa".
Süd - kamil bir yemək ola bilər. Bədənin inkişaf etməsinə kömək edər. Əzələləri və sümükləri gücləndirər. İmam Sadiq (ə) boğaz ağrısı üçün inək südünü tövsiyə edirdi.
Bir nəfər nəql edir ki, mədəmdə olan narahatlığa görə İmam Baqirə (ə) müraciət etdim və mənə buyurdu: "Hansı şey səni inək südü içməkdən saxlayır? Heç süd içmisən?". Dedim: "Bəli, dəfələrlə". Buyurdu: "O, necədir?". Dedim: "Böyrəklərə yağdan örtük verər və mədəni saflaşdırar, yemək üçün iştaha açar". Həzrət Baqir (ə) buyurdu: "Əgər indi zamanı olsaydı, Yənbuya (yer adı) süd içmək üçün gedərdik".

Milli.Az


Tags:  Süd için onda hər dərdin dərmanı var

RƏYLƏR


Top news